Cümə günü 17 Yanvar 2020

Mədəniyyət

Nəsiminin qəbirüstü barelyefi Ədəbiyyat Muzeyinə hədiyyə olunub

Sənubər Qocayeva - 13/12/2019

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şərqin böyük mütəfəkkiri, şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilən ekspozisiya daha bir qiymətli eksponat hesabına zənginləşib.

Xalq rəssamı Natiq Əliyevin 20 il əvvəl ərsəyə gətirdiyi və Hələbdə (Suriya) Nəsiminin dəfn olunduğu məkana vurulması üçün nəzərdə tutulan barelyef bu ekspozisiyaya daxil edilib.

Muzeyin direktoru Rafael Hüseynov bildirib ki, sözügedən sənət əsərini tanınmış jurnalist Qulu Məhərrəmli vaxtilə Hələbə aparmaq üçün hazırlatdırıb.

Q.Məhərrəmli 1990-cı ildə Hələbdə Nəsiminin məzarını ziyarət etdiyini və şairin dəfn edildiyi ərazidə onun kimliyi haqqında heç bir məlumat lövhəsinə rast gəlmədiyini xatırladıb.

Hadisə