Bazar ertəsi 30 Mart 2020

Elm

USAID-in Azərbaycandakı Özəl Sektorun İnkişafı Layihəsinin rəhbəri ADAU-da

Sənubər Qocayeva - 13/12/2019

Özəl Sektorun İnkişafı Layihəsinin rəhbəri Devid Blad Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib. Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqla görüşdə universitetin beynəlxalq əlaqələrindən eləcə də Amerikanın Oklahoma Dövlət Universiteti ilə olan əlaqələrindən söz açıb.

Gənc müəllimlərin təcrübə proqramlarına cəlb olunması eləcədə xarici dil biliklərinin təkmilləşdirilməsi üçün 100-ə dək müəllim üçün 10-a yaxın hazırlıq qruplarının da təşkil olduğunu bildirib.  

Özəl Sektorun İnkişafı Layihəsinin rəhbəri Devid Blad qarşılıqlı əməkdaşlıqdan məmnunluq duyduğunu bildirərək bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra qonaq universitetin quşçuluq və birldirçinyetişdirmə üzrə tədris mərkəzləri, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, bitki klinikası, aqrokimya laboratoriyası, istixanalar, maşın-traktor parkı, auditoriyalar, tələbə yataqxanası və digər bölmələri ilə tanış olub.

Photogallery

78952297 2717927664966838 7590189376563314688 O 79373049 2717927498300188 2098458623540723712 O 79254183 2717927601633511 2639674693824544768 O 79531832 2717927408300197 425200877540737024 O

Hadisə