Cümə günü 17 Yanvar 2020

Təhsil

ADAU-da Ulu Öndərin anım günü qeyd edilib

GanjaNews - 12/12/2019

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) xalqımızın Ümumilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günü keçirilib.

İctmai elmlər və multikulturalizm kafedrasının müdiri, ADAU-nun professoru Azad Bayramov çıxışında bildirib ki, dünya tarixi şəxsiyyətin gücünü, ağlını və zəkasını ilk olaraq mənsub olduğu xalqın ağlı və zəkası ilə qiymətləndirir.

Bu baxımdan Azərbaycan xalqı da dünya xalqları arasında xoşbəxt sayılan xalqlardandır. Onun Heydər Əliyev kimi dahi şəxsiyyəti olub və dünya miqyasında tanınan siyasi xadim kimi şərəfli ömür yaşayıb.

Kafedranın baş müəllimi Samirə Qasımova, müəllim Səbinə Əlizadə və Çinarə Səfərova isə çıxışlarında Ulu öndərin idarəetmə qabiliyyətindən, təhsilə, gəncliyə qayğısından ətraflı danışıblar.

Tələbələrdən Xumar Abbasova, Nailə Süleymanova, Sahilə Səfərova çıxış ediblər, Ulu öndərə həsr edilən şeirlər səsləndiriblər.

Photogallery

79196384 2716108441815427 251786590802673664 O 78950677 2716108955148709 4465514206736678912 O 79117643 2716108228482115 7206447285754920960 O 79773534 2716108768482061 5068767905630388224 O

Hadisə