Cümə günü 21 Fevral 2020

Cəmiyyət

Gəncə Gənclər Evində Heydər Əliyevin anım günü qeyd edilib

Sənubər Qocayeva - 12/12/2019

Gəncə Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Evinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

 Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxış edib. O, Heydər Əliyevin Azərbaycan müstəqilliyi naminə gördüyü işlər, gənclər üçün yaratdığı imkanlar, bügünkü Azərbaycanın inkişaf yolu və Ulu Öndərin siyasi davamçısı cənab Prezident İlham Əliyevin gördüyü işlər haqqında gənclərə məlumat verib.

Tədbirdə  Gəncə şəhərində fəaliyyət göstərən universitet və kolleclərin tələbələri işdirak edib. Anım tədbirində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin hazırladığı "Ulu Öndər" adlı sənədli film gənclər tərindən maraqla izlənilib.

Tədbir gənclərin hazırladığı Ümummilli Lider Heydər Əliyevə həsr olunan ədəbi-bədii  kompozisiyası ilə davam edib. 


                                                                                  

Photogallery

IMG 8661 IMG 8726 IMG 8768 IMG 8785

Hadisə