Cümə günü 17 Yanvar 2020

Təhsil

İbrahim Cəfərov Almaniyada beynəlxalq konfransda iştirak edib

Surxay Məmmədzadə - 11/12/2019

27-30 noyabr tarixlərində Almaniyanın Vaynştefan-Trizdorf Tətbiqi Elmlər Universitetində rektorların konfransı keçirilib.

Konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və Elm işləri üzrə prorektor Ramin Məmmədov iştirak edib.

Konfransda 12 ölkədən 35 universitetin rektorları, prorektorları və beynəlxalq əlaqələr üzrə əməkdaşları iştirak ediblər. Konfransın gedişində bir çox təhsil məsələləri, o cümlədən ikili diplom məsələsi müzakirə olunub.

Hadisə