Cümə günü 24 Yanvar 2020

Cəmiyyət

'Gələcəyə Körpü' GİB şagirdlər üçün robototexnika mühəndisliyi təlimlərinin icrasına start verib

Sənubər Qocayeva - 11/12/2019

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Gəncə, Şəmkir və Qazax rayonlarında “Region gəncləri üçün robotexnika mühəndisliyi təlimləri” layihəsi başlayıb.

Layihənin əsas məqsədi Gəncə, Şəmkir və Qazax rayonlarında yerləşən tam orta məktəb şagirdləri (VI - VIII-ci siniflər) təlimlər çərçivəsində robotların dizayn edilməsi, qurulması, idarəedilməsi metodlarını və informasiya emalı üçün yaradılan kompüter sistemlərini mənimsəyəcəklər.

Təlimlər çərçivəsində şagirdlər robotların dizayn edilməsini, qurulmasını, idarəedilməsi metodlarını və informasiya emalı üçün yaradılan komputer sistemlərini öyrənəcəklər. Tədris ediləcək proqramda şagirdlər bu sahə üzrə ilkin təəssürat və məlumata sahib olacaqlar.

Layihə çərçivəsində ilk təlim kursu 7 dekabr  2019-cu il tarixində Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 nömrəli orta məktəbin şagirdləri üçün həyata keçirilib.

Qeyd edək ki, layihə 4 ay müddətində davam edəcək.

Photogallery

77377562 2755938997762435 1405618641361174528 O 79017673 2755936751095993 4735647944345124864 O 79017673 2755936751095993 4735647944345124864 O (1)

Hadisə