Cümə axşamı 13 Avqust 2020

Cəmiyyət

YAP Gəncə şəhər təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib

Sənubər Qocayeva - 09/12/2019

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında YAP tərəfindən irəli sürülmüş qadın namizədlərlə görüş keçirilib. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bələdiyyə seçkilərinin təbliğat-təşviqat kompaniyası çərçivəsində keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, şəhərin ictimai-siyasi həyatında daim öndə olan partiya fəalları və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan millət vəkili Pərvin Kərimzadə bələdiyyə üzvlüyünə namizədləri təbrik edib, onlara qarşıdan gələn seçkilərdə uğurlar arzulayıb. Millət vəkili bildirib ki, ölkəmizin siyası arenasında özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyası bütün seçkilərə məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə gedib. 23 dekabr-Bələdiyyə seçkilərində YAP-ın böyük qələbə qazanmasına yerli özünüidarəetmə orqanlarında partiyamızın yüksək təmsilçiliyinin təmin olunması əsas verir. Çünki Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində ölkəmiz, o cümlədən regionlar dinamik inkişaf edir. Paytaxt Bakı ilə yanaşı ən ucqar kəndlərdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf kimi amillər insanların rifah halının yaxşılaşmasında müsbət dəyişikliklərə səbəb olub.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd edən Pərvin Kərimzadə bələdiyyə seçkilərində namizədlər içərisində qadınların sayının üstünlük təşkil etdiyini, bunu da qarşıdan gələn bələdiyyə seçkilərində iş prosesinə müsbət təsir göstərəcəyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Rəfiqə Sadıqova, Gülsüm Fətəliyeva, Aidə Qasımova, Naciyə Əliyeva, Günay Nəsibova və Zülfiyyə Həsənova cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, qarşıda duran vəzifələrdən danışıblar. Natiqlər bildiriblər ki, ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən gəncəlilər əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seşkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlar.

Tədbir iştirakçıları bələdiyyə seçkilərində YAP-ın qalib gələcəyinə inandıqlarını ifadə edərək, hər kəsi fəal olmağa, “Xalq üçün” səsverməyə çağırıblar.

Photogallery

78565011 576372106269443 5577529463563878400 N 78455190 2587536008142093 6276469205541847040 N 78670733 456427531958546 445949319086866432 N 79088231 2479661225476492 8016505008570761216 N 78776993 528777604344461 7424844757848817664 N

Hadisə