Çərşənbə axşamı 10 Dekabr 2019

İdman

Elvar Osmanov: 'Peşəkar idman yalnız həyat tərzi deyil, elə həyatın özüdür'

Sənubər Qocayeva - 03/12/2019

Müsahibimiz Dünya və Avropa mükafatçısı, Elvar Osmanovdur.

Azərbaycan Respublikasının Döyüş Sambosu üzrə ilk idman ustası olaraq niyə əksər idmançılar kimi paytaxt Bakıda yox, məhz Gəncədə idman klubu yaratmaq qərarına gəldiniz?

Bəli, 2016-cı ildə ” Gəncə İdman Klubu” nu təsis edəndə də eyni sual ilə qarşılaşmışdım. İddialı idmançıları yetirə biləcəyimizə şübhə ilə yanaşanlar az deyildi. Lakin zaman, zəhmət və peşəkar komanda öz işini gördü. Belə ki, paytaxtda peşəkar idmanla məşğul olmaq istəyən uşaqlar üçün iştənilən şərait yaradılıb- idman zalları çoxdur, məşqçi seçimi problemi yoxdur. Regionlarda isə cilalanmamış almazları aşkar edib peşəkarlıq səviyyəsini artırmaq daha çox səbr, güc və iradə tələb edir. Həyatını peşəkar idmana həsr edən biri kimi çətinlikləri həll etmək daha maraqlıdır. Məhz bunun nəticəsidir ki, fəaliyyət göstərdiyi müddət ərzində Gəncə İdman Klubunun Cüdo İdman növü üzrə Baş məşqçisi, Usta cüdoçular arsında Samir İsmayılov Avropa çempionu oldu. Gəncə İdman Klubunun fəxri üzvü, Sambo idman növü üzrə Dünya və Avropa finalçısı Ağasif Səmədov “Minsk 2019” II Avropa Oyunlarında iştirak edib. Sambo idman növü üzrə keçirilən oyunda 52 kq çəki dərəcəsində yarışan fəxrimiz ikincilik əldə edərək gümüş medala sahib olub .

21 fevral 2019-cu ildə Gəncə İdman Klubu ilə Gürcüstan Respublikasının Omar Mamuladze adına İdman məktəbi ilə qarşılqlı Əməkdaşlıq Memarondum İmzalanıb. Təbii ki bu hələ başlanğıcdır. Şəbəkəni genişləndirmək və daha çox nailiyyət əldə etməkdir hədəfimiz.

Yetərincə beynəlxalq turnir və yarışlarda iştirak təcrübəniz var. Gəncə İdman Klubunun öz yetirməsi olan uşaq və yeniyetmələrdən Azərbaycanı beynəlxalq arenalarda təmsil edə biləcək idmançılar varmı?

Peşəkar idman yalnız həyat tərzi deyil, elə həyatın özüdür. Çünki burada məşqlərə impulsiv yanaşma yolverilməzdir! Hər gün öz üzərində bir qələbədir. Bunu anlayan, öz zəif cəhətlərinin üzərində işləyən, möhkəm iradəli insan peşəkar ola bilər. Üstəgəl genetik fiziki gücü olarsa bu onun bonusudur. Gəncə İdman Klubunda , idman gələcəyinə böyük ümidlər bəslədiyim yetirməələr var. Burada adlarını çəkib subyektiv yanaşma nümayiş etdirməklə digər iddialıları demotivə etmək istəmirəm. Zaman və öz iradələri isbat edəcək. Sonda Gəncə İdman Klubunun inkişafında dəstəyə görə başda Gənclər və İdman Naziri cənab Azad Rəhimovova, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərova, Gəncə şəhər Gənclər evinin direktoru Amil Qurbanova öz dərin minnətdarlığımı bildirirəm.

Hadisə