Çərşənbə axşamı 10 Dekabr 2019

Cəmiyyət

DİİXHİ Gəncə Şəhər Komitəsi hesabat verib

Sənubər Qocayeva - 03/12/2019

İclasda Dövlət İdarələr və İctimai Xidmət İşçiləri Gəncə Şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva, Təftiş Komisiyasının sədri Tofiq Əlizadə, Əməyin Mühafizəsi və Sağlamlıq Komisisyasının sədri Mahmud Fərzəliyev, İcra Hakimiyyəti aparatının ilk həmkarlar təşkilat sədri Tural İbrahimov, habelə Plenum üzvləri və ilk təşkilat sədrləri iştirak ediblər.

DİİXHİ Gəncə Şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva çıxış edərək 2019-cü ildə görülən  işlərin yekunu və 2020-ci ildə qarşıda duran məsələlər barədə hesabat verib. O bildirib ki, Şəhər komitəsini  34 təşkilat və 1512 nəfər ittifaq üzvü birləşdirir. Komitədə 17 nəfər Plenumum, 9 nəfər Rəyasət heyəti, 3 nəfər Təftiş Komisiyası üzvləri, 4 qrupdan ibarət daimi Komisiyalar fəaliyyət göstərir. Komitəni birləşdirən təşkilatlardan 34 təşkilatda kollektiv müqavilə bağlanılıb. Şəhər komitəsi tərəfindən mütəmadi olaraq müqavilə şərtləri yoxlanılır və yerinə yetirilməsinə nəzarət olunur. Hesabatda il ərzində 19 nəfər ittifaq üzvünün yubileyi keçirildiyini vurğulayan komitə sədri yubiliyarlara qiymətli hədiyyə və fəxri diplomlar verildiyini də qeyd edib.Ülviyyə Vəliyeva hesabat məruzəsində bir sıra tədbirlərində həyata keçirildiyini dilə gətirib. “Layiqli Əmək uğrunda mübarizə aparaq” devizi ilə ilk təşkiatlarda baxış müsabiqəsi, habelə “Əməyin Mühafizəsi günü” münsibətilə ixtisaslı mütəxəssislərin və həmkarlar fəallarının iştirakı ilə seminar təşkil olunub. Komitə sədri hesabat məruzəsində bildirib ki, qarşıdan gələn bayramlar münasibətilə ittifaq üzvlərinin hər birinə bayram sovqatı və ittifaq üzvlərinin az yaşlı uşaqlarına teatrlara bilet verilməsi nəzərdə tutulub.  Sonda  sədr  2020-ci ildə şəhər komitəsinin qarşısında duran vacib məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini qeyd edərək həmkarlarına uğurlar arzulayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin ilk təşkilat sədri Tural İbrahimov çıxışında qeyd edib ki, 01 sentyabr 2019-cu ildən 01 sentyabr 2023-cü ilədək kollektiv müqavilə bağlanılıb. Bildirilib ki, işçilər imkan daxilində komitədə təşkil edilən, mədəni-kütləvi bayram tədbirlərində, seminarlarda iştirak edir. Müqavilə şərtlərinə əməl olunur. Yenilik olaraq İttifaq üzvlərinin yubileyləri keçirilir. Xəstəlik vərəqələrinə vaxtında baxılır və üzvlərin ehtiyacı təmin olunur. Bununla yanaşı bir sıra çatışmamazlıqları olduğunu vurğulayan sədr əsasən yollayışlarla bağlı olduğunu dilə gətirib.

Sonda şəhər komitəsinin il ərzində gördüyü işlər yekdilliklə bəyənilib.

Photogallery

79185443 2539673366267680 2989848840665825280 N 79178446 2556768364450407 8616576901202313216 N 78173083 1401588416632077 4880507514677886976 N 79373661 1598534093632172 4372743638992551936 N

Hadisə