Çərşənbə axşamı 10 Dekabr 2019

Təhsil

Türkiyə Respublikasının Bingöl Universitetinin nümayəndə heyəti GDU-da olub

Sənubər Göyüşqızı - 02/12/2019

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun rəhbərliyi ilə keçirilən görüş zamanı Gəncə Dövlət Universiteti ilə Bingöl Universiteti arasında mümkün əlaqələr müzakirə olunub.

İnnovasiyalar Departamentində təşkil olunan görüşdə Bingöl  Universitetinin  professoru Ramazan Meral, dosenti Dr. Duyğu Nur Çobanoğlu və bir sıra digər alimlər, eləcə də Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Məmmədov, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, deportamentin əməkdaşları iştirak ediblər.

Qonaqlara Gəncə Dövlər Universitetində aparılan yeniliklər haqqında məlumat verilib. Universitetdə innovasiya sahəsində son zamanlar əldə olunan uğurlar haqqında danışılıb. Bu yaxınlarda Startap Azərbaycan və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən AqroX layihəsində birinci yer tutmuş arıları gənələrdən təmizləyən qurğu haqqında məlumat verilib.

Bingöl Universitetinin professoru qeyd edib ki, Bingöl Universiteti arıçılıq üzrə pilot universitet olduğunu nəzərə alsaq bu qurğunu daha da təkmilləşdirmək və Türkiyədə tətbiqi ilə bağlı birgə əməkdaşlıq etmək olar.

İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov universitetində Mövlana, Erasmus+ və digər layihələr çərçivəsində Türkiyə Respublikasında yerləşən universitetlər və təşkilatlar ilə olan əməkdaşlıqlardan bəhs edib və Bingöl Universiteti ilə əməkdaşlığın bu əlaqələri daha da inkişaf etdirəcəyini vurğulayıb.

Sonda qərara alınıb ki, iki universitet arasında niyyət protokolu imzalansın,  Erasmus+ və Mövlana proqramları çərçivəsində birgə layihələr təqdim olunsun.

Photogallery

IMG 2210 IMG 2168 IMG 2197

Hadisə