Çərşənbə axşamı 10 Dekabr 2019

Siyasət

Pərvin Kərimzadə: Xaricdə təhsil alan gənclərimiz ölkəmizin fəal təbliğatçısıdırlar

Gülnar Fazilqızı - 29/11/2019

Noyabrın 26-da Bakı Konqres Mərkəzində Bakı Dövlətin 100 illiyinə həsr olunmuş mərasimdə ölkə Başçısı çıxış edib.

Prezident İlham Əliyev vurğulayıb ki, 20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyində təmsil olunanlar susmuşdular, ağızlarına su alıb susmuşdular, biri də bu qanlı faciəni qınamadı, biri də öz səsini ucaltmadı: “Bu, bir daha göstərdi ki, ovaxtkı rəhbərlik antimilli rəhbərlik idi. O hakimiyyəti əvəzləyən, qanunsuz yollarla hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü bir ildən çox hakimiyyətdə idi. Bir il ərzində 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət vermədi. Hakimiyyət onların əlində idi. Nə üçün bunu etmədilər? Nə üçün xalqımızın bu faciəsinə, bu yarasına biganə qalmışdılar? Bu, həqiqətdir. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siyasi-hüquqi qiymət vermişdir və bu, tarixdir. Bu, bir daha Ulu Öndərin xalqa nə qədər bağlı olduğunu göstərir”.

Prezidentin çıxışı haqqında münasibət bildirən millət vəkili Pərvin Kərimzadə hesab edir ki, dünyanın nüfuzlu ali məktəblərində təhsil alan gənclərimiz də ulu öndərin dəstəyi ilə ötən əsrin 70-ci illərində yüksək təhsil almış kadrlar kimi gələcəkdə Azərbaycanın inkişafına böyük töhfələr verəcəklər:

“Dünyada xalqların, dövlətlərin inkişafı ilə bağlı müasir çağırışlar, ilk növbədə, məhz təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə bağlıdır. Təhsil olmadan inkişafdan danışmaq olmaz. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatların, o cümlədən, təhsil sistemində müasir infrastrukturun yaradılmasının, məktəb tikintisinin geniş vüsət almasının təməlində tanrının xalqımıza bəxş etdiyi ulu öndər Heydər Əliyev siyasi kursu dayanır. Dahi şəxsiyyət zehni, ağlı, səmərəli fəaliyyəti ilə Azərbaycan xalqının kəşməkəşli yoluna nur saçdı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”-deyən ulu öndər təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirirdi. Ümummilli liderin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü fikirlər və tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.
Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu olduğunu xatırladaraq, ulu öndərin təhsil sahəsinə göstərdiyi böyük diqqətdən danışıb: “Heydər Əliyev Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərmişdi və bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının Moskva, Leninqrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərinə ezam edilmişdir. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı, o cümlədən bu gün ölkəmizin, müstəqil dövlətin uğurlu inkişafını təmin edir. Həmçinin o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər”. Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görən ulu öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayırdı. Müdrik rəhbər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu daim önə çəkib.
 
Dahi şəxsiyyət 1969-1982-ci illərdə mövcud imkanlardan bacarıqla istifadə edərək,“Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”, – deyirdi. Ulu öndər respublikanın ehtiyacı оlan ixtisaslar üzrə Azərbaycandan kənarda ali təhsili də daim önə çəkib. 1970-80-ci illərdə dahi rəhbərin təşəbbüsü və qayğısı ilə SSRİ-nin 170-dən çоx ən məşhur ali məktəbində Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu 250-dən çоx ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alıb. 1970-ci ilədək respublikadan kənarda ali təhsil almağa göndərilən azsaylı kontingentin cəmi 40 faizi Azərbaycan millətindən idisə, ulu öndərin respublikaya rəhbərliyə başlamasından sonra ali təhsilə göndərilənlərin sayı ilbəil dəfələrlə artdığı kimi, milli tərkib də dəyişib. Belə ki, 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində respublikadan kənarda ali təhsil almağa göndərilənlərin 97,7 faizi Azərbaycan xalqının nümayəndəsi idi. Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır.
 
Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır. Ümummilli lidеrimizin təməlini qоyduğu, möhkəmləndirdiyi təhsil siyаsəti bu gün etibаrlı zəmin üzərində inkişаf еtdirilir. Hеydər Əliyеv siyаsi kursunun lаyiqli dаvаmçısı Prezident İlhаm Əliyevin böyük səyləri sаyəsində elm və təhsil Аzərbаycаnın dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən birinə çevrilib. Təhsil sahəsində aparılan islahatlar, bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir. Təhsil sisteminin inkişafında gənclərin xaricdə təhsili və peşəkar kadr kimi formalaşması sahəsində atılan addımlar xarici təcrübənin öyrənilməsi və tətbiqində güclü mütəxəssislərin hazırlanmasında çox mühüm faktordur.
 
Gənclərimizin dünyanın aparıcı universitetlərində təhsilinə çox böyük diqqət yetirilməsi “Təhsil millətin gələcəyidir”,– deyən ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı, ölkəmizin inkişaf prioritetlərindən biridir. Gənclərimizin nüfuzlu ali məktəblərə göndərilməsi və zəruri olan ixtisaslar üzrə təhsil almaları ölkəmizdə insan kapitalının inkişafı baxımından da əhəmiyyətlidir. Bu gün ölkəmizin inkişafında, dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür. Unutmaq olmaz ki, xaricdə təhsil alan gənclərimiz yüksək biliklərə yiyələnməklə yanaşı ölkəmizin fəal təbliğatçısına çevrilir, Azərbaycanı xaricdə uğurla təmsil edir, dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri, xüsusən də Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ münaqişəsi barədə məlumatların çatdırılmasında fəallıq göstərirlər”.
 

Hadisə