Cümə axşamı 13 Avqust 2020

Cəmiyyət

Prezident İlham Əliyev Sərəncam imzalayıb

GanjaNews - 10/08/2020

Ş.M.Muradovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahbaz Musa oğlu Muradov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

 

Hadisə