Çərşənbə axşamı 10 Dekabr 2019

Cəmiyyət

Niyazi Bayramov Aİ, BMTİP, ATF, Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agetliyinin nümayəndələri ilə görüşüb

Gülnar Fazilqızı - 28/11/2019

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çəçivəsəndə Gəncəyə səfər edən Avropa Təlim Fondunun monitorinq qrupunun üzvləri ilə görüşüb. Monitorinq qurpuna BMTİP, ATF, Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agetliyinin nümayəndələri daxildir.

Görüşdə Niyazi Bayramova məlumat verilib ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən icra edilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Avropa Təlim Fondunun monitorinq missiyasının əsas məqsədi qrant strukturu çərçivəsindəki tərəqqini nəzərdən keçirmək, potensial boşluqları müəyyən etmək, layihənin davamlı inkişafı üçün tövsiyyələr təqdim etməkdir.

Niyazi Bayramov qonaqları salamlayaraq, onları Gəncədə görməkdən məmnun olduğunu bildirib. Peşə təhsilinin gücləndirilməsinə töhfə verən bu layihənin müsbət qarşılandığını deyən şəhər rəhbəri həmçinin qeyd edib ki, layihə əmək bazarının tələblərinə uyğun mütəxəsislərin yetişdirilməsi baxımından da önəmlidir.

Məlumat üçün bildirək ki, ümumi dəyəri 3.4 milyon ABŞ dolları olan və Azərbaycanın iki bölgəsi – Gəncə və Cəlilabadda texniki peşə təhsil və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan layihə 2020-ci ildək davam edək. 

Photogallery

+753A7931 +753A7940 +753A7935

Hadisə