Çərşənbə axşamı 10 Dekabr 2019

İqtisadiyyat

Niyazi Bayramov Gəncədəki istehsal müəssisələrində olub

Gülnar Fazilqızı - 27/11/2019

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “SEMPA” və “SemSan” zovodlarına baş çəkib, burada istehsal edilən məhsullarla tanış olub.

Şəhər rəhbərinə məlumat verilib ki, “SEMPA” QSC  - latun və polipropilen fitinqlərin istehsalı, plastik boru və fittinqlərin satışı üzrə ixtisaslaşan bir şirkətdir. O, 2005-ci ildə fəaliyyətə başlayıb. Şirkətin məqsədi Şərq xammalını Qərb texnologiyası ilə birləşdirərək dünya bazarı standartlarına uyğun yüksək keyfiyyətli plastik məhsullar istehsal etmək, bu məhsullarla yerli bazarın tələbatını qarşılamaq və xarici bazara "Made in Azerbaijan" brendi altında ixrac etməkdir.

Niyazi Bayramov “SEMPA” brendi ilə satışa çıxarılan polipropilen borular, müxtəlif növ və dərəcəli dirsəklər, xamutlar,  dirəklər, mufta və sair məhsulların istehsal prosesi ilə tanış olub.

“SemSan” zavodu isə alüminium külçələr, latun çubuqlar, qurğuşun külçələr, sink konsentrat, santexnika məmulatları, paslanmaz polad külçələr, alüminium şinlər, latun polasalar, dəmir və çuqundan tökmələr, müxtəlif latun profillərin istehsalı üzrə ixtisaslaşıb.

Şəhər rəhbərinin diqqətinə çatdırılıb ki, istehsal edilən məhsulların keyfiyyəti zavodda yaradılan və regionda ilk olan polimer-sınaq laboratoriyasında yoxlanılır. Hazırda zavodun gündəlik istehsal gücü 20, aylıq istehsal gücü  isə 500 tondurdur. Burada 100 nəfərlik işçi heyəti çalışır.

İstehsal sahəsi və istehsal edilən məhsullarla tanış olan Niyazi Bayramov zavodda çalışan işçilərlə görüşüb, onların iş şəraiti ilə tanış olub. Şəhər rəhbəri müasir tipli istehsalat sahəsinin yaradılması və istehsal olunan məhsul çeşidlərinin artırılması istiqamətində öz tövsiyyələrini verib.

 

Photogallery

G72A0014 G72A0041 G72A0101 G72A0103 G72A0106 G72A0111 G72A0077 G72A0063

Hadisə