Çərşənbə axşamı 10 Dekabr 2019

İdman

Gəncədə 'Azərbaycan Olimpiya Odisseyası' adlı tədbir keçirilib

Sənubər Qocayeva - 26/11/2019

Tədbir Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutub. "Azərbaycan Olimpiya Odisseyası" adlı tədbir olimpiya çempionu Toğrul Əsgərova həsr edilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, "Azərbaycan İdman Könüllüləri" İB-nin sədri Miraqil Seyidzadə, şəhər Gənclər və İdman baş idarəsinin direktoru Müşfiq Cəfərov, "Olimpiya Odisseyası" layihəsinin müəllifi Arzu Qulamov və Toğrul Əsgərovun məşqçisi Elçin Zeynalov iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, iştirakçıları şəhər rəhbəri Niyazi Bayramovun adından salamayıb. O bildirib ki, Prezident İlham Əliyevin idmana olan xüsusi diqqəti nəticəsində bu gün dünya arenalarında Azərbaycan idmançılarının iştirakı və qələbələri günü-gündən artır. Bu il Gəncənin Avropa İdman Şəhəri seçilməsi də şəhərimizdə idmana olan böyük marağın bariz nümunəsidir. Gənclərimizin idmanla mütamadi məşğul olması, onların sağlam böyüməsinə şərait yaradır və  beləliklə vətənimizə Toğrul Əsgərov kimi çempionlar bəxş edir.

"Olimpiya Odisseyası" layihəsinin müəllifi Arzu Qulamov bildirib ki, Toğrul Əsgərovun əldə etdiyi nailiyyətlər Azərbaycanı bütün dünyada idman ölkəsi kimi tanınmasında mühüm rol oynayır. Bu səbəbdən Toğrul Əsgərovun əməyinə qiymət verilərək onun həyatı və qazandığı uğurlar barəsində "Ərtoğrul"  adlı  film çəkilib. 

Çıxışlardan sonra Toğrul Əsgərova həsr olunan "Ərtoğrul" adlı film tədbir iştirakçıları üçün nümayiş etdirilib. “Olimpiya Odisseyası” layihəsi çərçivəsində lentə alınan eyniadlı ekran işində güləşçinin həyatının həm idmana qədər olan, həm də sonrakı dövrü əks olunub. Əsər Gəncədən öncə ilk dəfə İsveçrənin Lozanna şəhərində nümayiş etdirilb və Avropanın 10 ən yaxşı filmi arasında yer alıb. Görüşdə iştirak edən gənclər suallarını Toğrul Əsgərova ünvanlayıblar. İdmançı isə öz növbəsində verilən sualları cavabsız qoymayıb.

Qeyd edək ki, tədbirin əsas məqsədi "İdman hamı üçün" şüarı altında gənclərin narkotik vasitələr və psixotrop maddələrdən istifadəsinə qarşı mübarizəyə, həmçinin sağlam həyat tərzinin aşılanması və Olimpiya prinsiplərinin təbliğ edilməsi olub.

Photogallery

76728906 2425175870864618 2240778936193646592 O 76730132 2425177617531110 7623565266772819968 O 78176146 2425194820862723 4715818647275175936 O 76967181 2425194514196087 1284390114234990592 O 72594038 2425177247531147 5681398823801323520 O 78165917 2425194700862735 980231817506324480 O

Hadisə