Bazar ertəsi 24 Fevral 2020

QHT

'Təmas' Regional İnkişaf İB Şəmkir rayonunda maarifləndirmə sessiyası təşkil edib

Sənubər Qocayeva - 25/11/2019

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

“Təmas” Regional İnkişaf İctimai Birliyi oktyabr ayından etibarən  Gəncə şəhərində “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının) potensialının artırılması” layihəsinin icrasını həyata keçirir.

Əsas məqsədi  Azərbaycanın qərb bölgəsində  insan alveri və insan alverinin potensial qurbanlarına  potensial qurbanlara mütəmadi yardımların təmin olunması, onların ehtiyaclarının ödənilməsi,müvəqqəti sığınacaqla təmin olunması,  təhlükəsiz mühitin yaradılması, bunlarla  yanaşı sığınacağın potensialının gücləndirilməsi olan layihə 3 aylıq bir dövrü əhatə edir.

Layihə rəhbəri Kübra Ələkbərova qeyd etdi ki, layihə çərçivəsində ərtaf rayonlarda məlumatlandırma sessiyalarının keçirilməsi nəzərdə tutulub. Bu sessiyaların əsas məqsədi insan alveri və məişət zorakılığının aradan qaldırılması üçün səmərəli əməkdaşlığın həyata keçirilməsi və  kompleks yanaşmanın qəbul edilməsi üçün yerli QHT, aidiyyatı qurumlar və hüquq-mühafizə orqanları ilə  effektiv əməkdaşlığın  təmin edilməsidir.  22 noyabr 2019-cu il tarixində Şəmkir rayonu Cənclər Mərkəzində məlumatlandırma sessiyası təşkil olundu. Tədbirdə layihə və  Gəncə şəhərində fəaliyyət göstərən mərkəz,  sığınacaq və  göstərilən xidmətlər, həyata keçirilən fəaliyyətlər, görülmüş işlər  haqqnda ətraflı məlumat verilib, geniş müzakirələr aparılıb.

Tədbirdən sonra Şəmkir rayon İcra hakimiyyəti nəzdində fəaliyyər göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri ilə dəyir masa təşkil olunub, gələcək əməkdaşlıq  haqqında müzakirələr aparılıb. 

Photogallery

B68be6e1 9246 4114 8982 9ee4eec2a588 IMG 6249

Hadisə

Cəmiyyət