Cümə günü 13 Dekabr 2019

Siyasət

Pərvin Kərimzadə Gəncədə müvəqqəti məskunlaşan xankəndlilərlə görüşüb

Sənubər Qocayeva - 22/11/2019

Milli Məclisin deputatı Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında yerləşən ofisində seçiciləri ilə görüşüb. Mütəmadi olaraq seçiciləri ilə görüşən millət vəkili onları ayrı-ayrılıqda qəbul edib, problemləri, arzu və təklifləri ilə maraqlanıb.

Bu dəfə millət vəkil təmsil etdiyi dairədə yaşayan seçicilərlə yanaşı Gəncədə müvəqqəti məskunlaşan xankəndlilərlə də görüşüb. Məcburi köçkünlər yaşadıqları yatqxanada üzləşdikləri çətinliklərin həlli istiqamətində dəstək göstərilməsini deputatdan xahiş ediblər.

Səmimi şəkildə keçən görüşdə mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb. Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşan Pərvin Kərimzadə lazımi köməklik göstərəcəyini bildirib.

Seçicilərin məşğulluq, hüquqi, tibbi yardım, sosial yönümlü məsələlərlə bağlı müraciətlərinin bəziləri isə yerindəcə həllini tapıb. Eyni zamanda araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb, digər məsələlərin icrası istiqamətində də müvafiq addımlar atılacağı bildirilib.

Photogallery

74874446 442639086450350 7722346920420573184 N

Hadisə