Bazar ertəsi 24 Fevral 2020

Səhiyyə

Gəncədə pediatrlar üçün keçirilən distant kurs başa çatıb

Sənubər Qocayeva - 22/11/2019

Müasir dövr səhiyyənin yüksək səviyyəli mütəxəssislərə olan ehtiyacı tibb və əczaçılıq işçilərinin peşə bilik və bacarıqlarının daim təkmilləşdirilməsinin vacibliyini tələb edir.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu yeni texnologiyalardan istifadə edərək həkimlərin peşəkarlıq səviyyəsini yüksəltmək üçün ixtisasartırma kurslarının təşkilinə xüsusi əhəmiyyət verir.

Növbəti belə kurs noyabrın 12-dən 21-dək Bakı və Gəncə şəhərində pediatrlar üçün keçirilib. Gəncədə təşkil edilən “Pediatriya: modul 5-6” üzrə distant kursda praktiki məşğələləri pediatriya kafedrasının müdir əvəzi, tibb elmləri doktoru Rəqsanə Məmmədova və dosent Mətanət Qaraxanova aparıblar.

Hadisə

Cəmiyyət