Şənbə 14 Dekabr 2019

İdman

'Gəncə' İdman Klubuna vitse-prezidenti vəzifəsinə yeni təyinat olub

Sənubər Qocayeva - 22/11/2019

Klubun vitse-prezidenti vəzifəsini İş adamı Elvin Abbasov İcra edəcək.

Elvin Abbasovun sözlərinə görə Azərbaycan İdmanının inkişafına dəstək olmaq mənim üçün böyük şərəfdir. "Ümüd edirəm ki, "Gəncə" İdman Klubunun gələcək çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Ulu öndər Heydər Əliyevin İdman haqqında dəyərli fikirləri “İdman sahəsində hər birinizin fəaliyyəti, gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycan idmanının adını, şanını-şöhrətini yüksəldir” - deyə o bildirib. 

Klubun vitse-prezidenti Elvin Miribadət oğlu Abbasov tanıyaq.


13 iyul 1982-ci ildə, Azərbaycan SSR-in Cəlilabad rayonunda ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq dövrünün bir hissəsini Naftalan şəhərində, 1993-cü ildən etibarən Türkiyə Respublikasının Trabzon şəhərində yaşamışdır.Türkiyədə yaşadığı müddətdə Türkiyənin tanınmış şirkətlərində kompüter mühəndisi, şöbə müdiri və direktor olaraq fəaliyyət göstərmişdir.

2006-cı ildə vətəni Azərbaycana qayıdaraq ilk öncə fərdi sahibkar olaraq fiziki şəxs kimi qeydiyyatdan keçmiş və daha sonra “INTERLAND Company” MMC adlı şirkətləri təsis etmişdir. 2009–2013-cü illərdə “Salam Nyus” İA MMC-də texniki direktor və direktor vəzifəsində çalışmışdır.

2013-cü ildən "Vision TV" MMC şirkətini təsis edib. 2015-ci ildə “Bələdiyyələrin vahid ödəmə sistemi”ni yaradaraq bu sistemə 36 bələdiyyə və 11 Payment şirkətini qoşmuşdur.2015-ci ildə “Sərmayənin Milliləşməsi” və eyni zamanda bu sahədə “Milli internet resuslarının yaradılması” fikrini təbliğ edərək bu istiqamətdə MyDay milli sosial şəbəkəsini yaratmışdır.

Milli internet resurslarının ölkə üçün əhəmiyyət kəsb etdiyi barədə tez-tez mətbuatda məqalələri yayımlanmışdır. 2017-ci ildən etibarən “Virtual Azerbaijan Group of Companies” MMC şirkətində direktor vəzifəsinə keçərək İT sahəsində bir neçə uğurlu dövlət layihələrinə imza atmışdır.

2018-ci ildə həmtəsisçilərlə “TimeSoft” MMC-nin fəaliyyətini başladaraq Azərbaycanda 4 məhsul üzrə internet platformaları yaratmışdır.

Ofis Menecment, Agro Menecment, Agro Birja və Agro TV-nin fəaliyyəti 2019-cu ildən başlamışdır.Türkiyənin Trabzon şəhərində yaşadığı müddət ərzində Karate-do idman növü ilə məşğul olmuşdur və 2000–2002-ci illər ərzində Trabzon şəhərində ilk dəfə Aykido idman növü üzrə dərslər vermişdir.

Ailəlidir. 2 övladı var.

Hadisə