Şənbə 14 Dekabr 2019

İdman

Badminton üzrə Respublika Çempionatında 96 idmançı mübarizə aparacaq

Gülnar Fazilqızı - 20/11/2019

Noyabrın 20-də badminton üzrə Azərbaycan çempionatına start veriləcək.

Turnirdə Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Quba, Qusar və Lənkərandan 38 qadın və 58 kişi badmintonçu 5 kateqoriya üzrə yarışacaq.

Azərbaycan çempionatı olimpiya sistemi üzrə 1-4 yerləri təyin etməklə keçirilir. Yarışlar 3 mərhələ üzrə oynanılacaq. Turnirdə bütün kateqoriyalar üzrə 1-3 yerləri tutmuş idmançılar Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Oyunların idarə olunması Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən təsdiq olunmuş hakimlər kollegiyasına həvalə olunacaq. Azərbaycan çempionatının keçirilməsində məqsəd şəhər və rayonlarda badmintonun yayılmasına və inkişafına nail olmaq, perspektivli badmintonçuları aşkar etmək, beynəlxalq yarışlar üçün milli komandanın heyətini müəyyənləşdirməkdir.

Yarışın açılış mərasimi saat 15:30-da keçiriləcək. Turnirə noyabrın 23-də yekun vurulacaq.

Hadisə