Şənbə 14 Dekabr 2019

Cəmiyyət

Yeni Azərbaycan Partiyasının sıralarına qoşulanların sayı getdikcə artır

Sənubər Qocayeva - 20/11/2019

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan və ötən dövrdə böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizdə bütün sahələrdə tarixi nailiyyətlərin əldə olunmasında mühüm xidmətlər göstərib.

Bu fikirlər Azərbaycan Dövlət Aqrar Universitetinin aqrotexnologoya fakültəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbirdə söylənilib.

YAP Gəncə şəhər təşkilatının təşkilat şöbəsinin Baş məsləhətçisi Afər Məmmədov çıxış edərək, müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsində partiyanın xidmətlərindən bəhs edib: Azərbaycan Respublikasının Prezidenti, partiyanin sədri İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil və partiya, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasov partiyanın fəaliyyətinin azərbaycançılıq əqidəsinə, milli maraq və mənafelərin təminatına, ölkənin dinamik inkişafına sədaqətlə xidmət göstərmək məramına əsaslandığını vurğulayıb, bu səbəbdən bu partiyanın sıralarına qoşulanların sayının getdikcə artdığını qeyd edib.

Sonra YAP-a üzv qəbul olunmaq üçün ərizə ilə müraciət etmiş tələbələrə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Photogallery

75580149 556056364956273 5208392744052981760 N 76779540 1716721351786180 1257393783763369984 N

Hadisə