Cümə günü 13 Dekabr 2019

Təhsil

Qax abituriyentləri UTECA-da

Surxay Məmmədzadə - 19/11/2019

Azərbaycan Texnologiya Universitetində (UTECA) təbliğat-təşviqat kampaniyası davam edir.

Bu çərçivədə bir qrup Qax abituriyentlərinin UTECA-ya səfəri olub. Universitetin müasir Logistika Mərkəzi ilə yaxından tanış olan abituriyentlər logistika ixtisası barədə ətraflı məlumatlar əldə ediblər.

Qida mühəndisliyi fakültəsinin Dequstasiya zalında isə şərabçılıq ixtisasının tələbələri üçün yaradılan şəraiti izləyiblər. Zavodlardan birində UTECA kafedrasının fəaliyyətə başlaması, tələbələrin dərsi həmin müəssisədə keçməsinə dair məlumatlar, universitetin fəaliyyətini əks etdirən videomateriallar abituriyentlərin marağına səbəb olub.

Fakültələrlə, tədris şəraiti, unuversitet-sənaye əlaqələrilə ilə yaxından tanış olan Qax abituriyentləri buradakı - zamanın tələbi olan ixtisaslarla bağlı ətraflı məlumatlar toplayıb, son illər üzrə müsabiqə və keçid balları ilə maraqlanıblar. Sonda qonaqlara hədiyyələr verilib.

Photogallery

75604002 2789411661070907 3679291327620579328 O 77112368 2789411247737615 2410583285739552768 O

Hadisə