Bazar ertəsi 27 Yanvar 2020

QHT

Gəncədə “Region gənclərinin dövlət qulluğuna təşviqi” adlı layihə keçirilib

Gülnar Fazilqızı - 19/11/2019

"Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin həyata keçiridiyi “Region gənclərinin dövlət qulluğuna təşviqi” adlı layihə çərçivəsində təlim keçirilib.

Gəncə Gənclər evində keçirilən layihə Dövlət İmtahan Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.

Ümumilikdə, 50-dən çox  gəncinin iştirakı ilə baş tutan təlimlərdə dövlət qulluğu, qulluğa qəbul, bu sahədə mövcud qanunvericilik, gənclərin peşə seçimi, dövlət qulluğuna hazırlaşmaq metodikası, Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla bağlı həyata keçirdiyi yeniliklər, dövlət qulluğunun üstünlükləri, DİM-in saytından istifadə qaydaları gənclərə ətraflı öyrədilib.

Təlim Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşı Rüfət Ağayevin təqdimatında baş tutub. İştirakçılar tərəfindən təlimçiyə müxtəlif suallar ünvanlanıb, fikir mübadiləsi aparılıb və bütövlükdə aktiv iştirakçılıq təlimin əsas metodikası olub. Layihə çərçivəsində nəşr edilən dövlət qulluğuna qəbulla bağlı maarifləndirici toplu region gənclərinə paylanılıb.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə hayata keçirilir. 

Photogallery

EP6A2667 EP6A2671 EP6A2679 EP6A2706

Hadisə