Çərşənbə axşamı 10 Dekabr 2019

İdman

Gəncədə uşu üzrə respublika turnirinə yekun vurulub

Surxay Məmmədzadə - 19/11/2019

Gəncə Olimpiya İdman Kompleksində Milli Dirçəliş Gününə həsr olunmuş uşunun sanda növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında növbəti respublika turnirinə yekun vurulub.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışda 200-ə yaxın idmançı iştirak edib.

Turnirdə medal sayına görə “Gəncə” klubu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Arktika” klubu yarışda ikinci, “Anar” idman klubu isə üçüncü olub.

Qeyd edək ki, turnirdə Bakı, Gəncə, Göyçay, Mingəçevir, Şəki və Ağcabədi klubları qatılıblar.

Photogallery

G72A0633

Hadisə