Cümə günü 13 Dekabr 2019

İdman

AFFA Gəncə şəhər stadionunda daha bir meydanın ot örtüyünü dəyişib

Sənubər Qocayeva - 18/11/2019

Gəncə şəhər stadionunda yeni süni örtüklü meydanın salınma prosesi başa çatıb.

Standart ölçülərə malik kömkəkçi meydanın uzunluğu 105 metr, eni isə 68 metrdir. Meydanı n kənarında soyunub-geyinmə kabinələri qoyulub, ətraf ərazi asfaltlanıb.

Futbol infrastrukturunun inkişafı məqsədilə həyata keçirilən layihəni AFFA icra edib.

Qeyd edək ki, Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA-nın maliyyə dəstəyi ilə tam yenilənib. Bundan əlavə, arena ərazisində 2015-ci ildə qurumun köməyilə süni örtüklü meydança da salınıb.

Hadisə