Şənbə 14 Dekabr 2019

Cəmiyyət

Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir

Sənubər Qocayeva - 15/11/2019

Gəncə Dövlət Universitetində Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə təntənəli şəkildə üzvlük vəsiqələri təqdim edilib. YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanda gənclərin dövlət quruculuğu sahəsində müstəsna rolundan, onların ictimai-siyasi proseslərdə fəal iştirakından danışılıb.

Qeyd edilib ki, Azərbaycan gəncləri Yeni Azərbaycan Partiyasına, onun yaradıcısı ulu öndər Heydər Əliyevin ideyalarına sıx bağlıdır və onlar Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük inamla irəliləyirlər.

YAP Gəncə şəhər təşkilatının təşkilat şöbəsinin baş məsləhətçisi Afər Məmmədov qeyd edib ki, bu gün Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının ulu öndər tərəfindən yazılmış məramnaməsinə nəzər saldıqda, ümummilli liderin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsinin bu gün reallığa çevrildiyinin şahidi oluruq.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamaran Abbasov partiyanın sıralarında gənclərin sayının gün-gündən artdığını qeyd edib. Məhz bu günün gənclərinin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd edən Kamran Abbasov ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin rolundan danışıb.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim edilib. Yeni üzvlər birmənalı olaraq bildiriblər ki, inkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir.

 

Photogallery

73423426 477695646430674 7648442838337716224 N 75241171 531264750764462 3531543683839033344 N

Hadisə