Cümə günü 13 Dekabr 2019

Cəmiyyət

Gəncə şəhəri Nizami rayonu ərazisində iməcilik təşkil olunub

GanjaNews - 15/11/2019

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif ərazilərində mütəmadi iməciliklər təşkil olunur. Bu gün Rayon İcra Hakimiyyəti Aparatı əməkdaşlarının, MKTİB-nin, “Dost İş Mərkəzi” MMC-nin, Gəncə Avtomobil zavodu əməkdaşlarının və sakinlərin yaxından iştirakı ilə rayonun Aeroport yolu, Gülüstan yaşayış massivi, Avtomobil zavodu ərazisi, 28 May, Ə.Əliyev, S.Vurğun, Eminbəyli, Məmmədqasım Əliyev küçələrində və H.Z.Tağıyev parkında iməcilik və ağacəkmə aksiyası təşkil edilib.

İməcilik zamanı ərazidə mövcud olan ağacların suvarılması, qurumuş ağacların yenisi ilə əvəz olunması, otların biçilməsi, ərazinin məişət və polietilen tullantılardan təmizlənməsi həyata keçirilib. 

Oktyabr ayından başlayaraq davam edən aksiyada bu günədək 5000-dən çox ağac-evdar şamı, sərv və digər ağaclar əkilib. Bu gün təşkil olunan aksiyada isə 200 ədəd ağac, 300 ədəd dekorativ gül kolları əkilib. Əkilən ağac və dekorativ gül kolları əraziyə gələn xüsusi maşınlarla suvarılıb. Sözügedən işlərdə diqqətçəkən məqam sakinlərin də öz evlərinin ətrafında aparılan təmizlik işlərinə böyük coşqu ilə qoşulmasıdır. Onlar da aidiyyəti şəxlər kimi ərazidə ağaclara qulluq göstərir, təmizliyə kömək edirlər.

 

 

Photogallery

75380198 571833180253238 7429967678875369472 N 75412145 757556514671428 2196874779766554624 N 76939840 422929708401410 285387756341821440 N 74651353 541929406381796 331008602607190016 N IMG 9762

Hadisə