Cümə günü 13 Dekabr 2019

Təhsil

GDU-da 'Unutmayaq ki, unudulmayaq' adlı tədbir keçirilib

Surxay Məmmədzadə - 14/11/2019

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində “Unutmayaq ki, unudulmayaq” adlı layihə çərçivəsində tədbir keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli, sədr müavini İlhamə Qəsəbova, “Dövlət və Qanun” qəzetinin baş redaktoru, Beynəlxalq sülh səfiri  Yasəmən Əsgərova, İSPAM-ın deportament rəhbəri Aida Şirinova, Böyük Millət İnformasiya Portalının redaktoru Sima Babayeva, AMEA-nın Gəncə filialının fəlsəfə doktoru Ruziyyə Quliyeva, qəhrəman Nəcəf Verdiyevin  qardaşları Zöhrab və Eldar Verdiyevlər, yaxınları, doğmaları, döyüş yoldaşları, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Təmkinli, eləcə də universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və tələbələr iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Vətən yolunda canından keçən igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva çıxış edərək, tədbir iştirakçılarını və qonaqları universitet rəhbərliyi adından salamlayıb, bugün keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Universitetin rektoru professor Yusif Yusibov  tərəfindən şəhidlərimizə, şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı göstərildiyini qeyd edib.

İSBAM sədri Samir Adıgözəlli tədbirin baş tutmasında göstərdiyi dəstəyə görə Universitet rəhbərliyinə, əməyi keçən insanlara minnətdarlığını bildirib.

İSBAM sədri Samir Adıgözəlli, sədr müavini İlhamə Qəsəbova, “Dövlət və Qanun” qəzetinin baş redaktoru, Yasəmən Əsgərova, İSBAM-ın deportament rəhbəri Aida Şirinova, Böyük Millət İnformasiya Portalının  redaktoru Sima Babayeva, AMEA-nın Gəncə filialının fəlsəfə doktoru Ruziyyə Quliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Təmkinli Vətənpərvərlik mövzusunda keçirilən bu tədbirin məqsəd və əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, bu cür tədbirləri şəhidlərimizə, qəhrəmanlarımıza, mübarizə yolundan dönməyib bu yolu gedən Nəcəf Verdiyev  kimi insanlarımıza həsr etmək, bu cür insanları gələcək nəsillərə çatdırmaq əsas məqsədimiz olmaqla yanaşı, həm də vəzifə borcumuzdur. Nəcəf Verdiyevin  keçdiyi döyüş yolunun, göstərdiyi qəhrəmanlığın, şücaətin gənc nəslə örnək olduğunu bildiriblər.  Vətəni canından əziz tutan bir el oğlunun ömür yoluna, taleyinə bir daha nəzər salaraq, şəhidlərimizi anmaq, onların ömür payını, döyüş yolunu gənclərimizə örnək göstərmək üçün təşkil olunan tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Gənclərimizə bu gün informasiya müharibəsində erməni yalanlarını ifşa etmək üçün tariximiz, tarixi şəxsiyyətlərimiz və vətən üçün canından keçən qəhrəmanlarımız haqqında biliklərə yiyələnməyi tövsiyyə ediblər.

Tədbirdə Nəcəf Verdiyevin  döyüş yoldaşları onunla bağlı xatirələrini, fikirlərini bölüşüblər. Onun döyüş yoldaşlarına olan səmimi münasibətini, onlara verdiyi ruh yüksəkliyini bu gün də xatırladıqlarıını bildiriblər. Nəcəf Verdiyev  kimi qəhrəmanlarımızın mübarizliyinin, mərdliyinin əsl örnək, döyüş məktəbi olduğunu diqqətə çatdırıblar.

Sonda Verdiyevlər  qardaşları çıxış edərək tədbirin təşkilində göstərdiyi dəstəyə, xüsusilə də Nəcəf Verdiyevin  adını əbədiləşdirən hər kəsə minnətdarlıqlarını bildiriblər. “Unutmayaq ki, unudulmayaq” adlı tədbirin məhz Nəcəf Verdiyevə  həsr olunmasına görə İSBAM rəhbərliyinə təşəkkürlərini çatdırıblar. 

Photogallery

DSC 7214 DSC 7206 DSC 7199 DSC 7215

Hadisə