Şənbə 14 Dekabr 2019

Təhsil

Gəncədə uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə aparılıb

Sənubər Qocayeva - 13/11/2019

Tədbir hər il ənənəvi olaraq BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə reallaşan aylıq çərçivəsində baş tutub.

Oktyabrın 20-dən noyabrın 20-dək davam edən aylıqda əsas məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması sahəsində vəziyyətin daha da yaxşılaşdırılmasıdır. 

Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şağırd kollektivi iştirak edib. Çıxışlarda bildirilib ki, Bu gün uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda görülən işlər, onlara göstərilən diqqət və qayğı uşaqların hərtərəfli formalaşması üçün yaradılan imkanlar əhəmiyyəti ilə seçilir. Onların asudə vaxtlarının, eləcə də istirahətinin təşkilinə xüsusi önəm verilir, tətil günlərinin mənalı, yadda qalan keçməsi, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına diqqətlə yanaşılır.

Tədbirdə uşaqları maraqlandırılıan suallar da cavablandırılıb.

 

Photogallery

IMGL7920 IMGL7924 IMGL7911 IMGL7991 IMGL7930 IMGL7967

Hadisə