Şənbə 14 Dekabr 2019

Təhsil

Alman Akademik Mübadilə Xidməti Gəncə Dövlət Universitetində

Sənubər Qocayeva - 13/11/2019

Gəncə Dövlət Universiteti 7 ildən artıqdır ki, Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə əməkdaşlıq edir.

Alman Akademik Mübadilə Xidməti (DAAD) tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər, Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir. 

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, təqaüdü tələbələrə bir daha qazandırmaq, elektron sənədləşmə işlərində yaranmış problemləri aradan qaldırmaq məqsədi ilə DAAD əməkdaşları və akademik müşaviri Ehtiram Müzəffərli Gəncə Dövlət Universitetində seminar keçiblər.

Seminarda GDU və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələri iştirak ediblər.

İlk olaraq görüşdə öz təqdimatı ilə çıxış edən DAAD  əməkdaşı Ehtiram Müzəffərli təşkilat və onun fəaliyyəti haqqında məlumat verib. O, Azərbaycanın ali təhsil ocaqları ilə DAAD-ın əməkdaşlığından danışıb.

Məruzəçi, həmçinin görüş iştirakçılarını DAAD-ın əsas fəaliyyət istiqamətləri barədə məlumatlandırıb. Sözügedən programın Almaniyanın ali təhsil ocaqlarında və elm mərkəzlərində xarici tələbələrə təqaüd ayırdığını və bununla intellektual gənclərə dəstək olduğunu vurgulayıb. Ehtiram Müzəffərli Almaniyanın ali məktəblərində təhsil almaq üçün namizədlərin seçimi prosesi barədə və ərizələrin verilməsi qaydaları haqqında da ətraflı məlumat verib. Magistratura və yay məktəbləri barədə danışan Ehtiram Müzəffərli görüşün sonunda tələbələrin suallarını cavablandırıb.

Nahar fasiləsindən sonra qonaqlar V tədris binasının nəzdində olan Heydər Əliyev guşəsi, universitetin tarixini əks etdirən muzey, sahəsi 360 kvadratmetr olan Nuru Paşa adına 30 min kitab fonduna malik kitabxana, Əlil Tələbələr üçün Mərkəz, Müasir Təlim Mərkəzi, E-Öyrənmə Mərkəzi, Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi, Dil Resursları Mərkəzi və iki müxtəlif istiqamətlərdə fəaliyyət göstərən Kompüter Mərkəzində olublar.

Daha sonra Alman Akademik Mübadilə Xidməti (DAAD) əməkdaşları Ştefani Dufauks, Michael Beck və  ÖADE (Avstriya əməkdaşlıq təşkilatının) əməkdaşı Ştefani Matzer müəllim və tələbələrə treninq keçiblər.

Sonda iştirakçıları  maraqlandıran suallar cavablandırılıb.

Photogallery

73381168 2720419774852070 5462890077694722048 N 73539253 2720419864852061 6787862152498642944 N 75625474 2720419881518726 8442279436044206080 N 77373239 2720419741518740 8350612030650056704 N 75266157 2720419824852065 1069678716218507264 N

Hadisə