Cümə günü 13 Dekabr 2019

Cəmiyyət

Vətəndaşları narahat edən məsələlər yerində araşdırılır

Gülnar Fazilqızı - 13/11/2019

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb, onların problemlərini dinləyib. Qəbula gələn vətəndaşlar əsasən işlə təminatla bağlı müraciət ediblər. Bundan başqa ticarət üçün köşkün verilməsi, yaşadığı fərdi yaşayış evinin təmirini və maddi yardım göstərilməsini xahiş edənlər olub.

Qəbulda qaldırılan məsələlərin yerində araşdırılması məqsədi ilə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı şəhərin bir sıra ərazilərinə baş çəkib. Niyazi Bayramov Yeni Gəncə yaşayış massivində Qarabağ Əlilləri və Şəhid ailələrinin yaşadığı binadakı vəziyyətlə tanış olub. Şəhər rəhbəri II qrup Qarabağ əlili Habil Mehdiyevin evində olub və evin təmir edilməsi barədə göstəriş verib, Bununla yanaşı Niyazi Bayramov binada yaşayan sakinlərin problemləri ilə maraqlanıb.

Niyazi Bayramov bildirib ki, Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Şəhər rəhbəri 81 mənzilli binanın qazanxanasının təmiri və istifadəyə verilməsi, məhəllədaxili ərazilərdə gecə işıqlandırma sisteminin qurulması istiqamətində tapşırıqlar verib.

Sakinlər göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Photogallery

XB  9798 XB  9776 XB  9800 XB  9810 XB  9807

Hadisə