Çərşənbə günü 20 Noyabr 2019

Təhsil

ADAU-da 'Dövlət Bayrağı Günü'nə həsr olunan yarış keçirilib

Surxay Məmmədzadə - 09/11/2019

Azərbaycan Dövlət Aqrar Universitetində bütün fakültələr üzrə “9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”nə həsr olunan Heydər Əliyev irsini öyrənirik” mövzusunda bilik yarışı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tələbələr qarşısında çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova bayrağın dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə, müqəddəslik rəmzi olduğunu vurğulayıb. O qeyd edib ki, Xalq Cümhuriyyətinin Dövlət bayrağının 72 ildən sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Ali Məclisin sessiyasında muxtar respublikanın Dövlət bayrağı kimi qəbul edilməsini, eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılmasını o dövr uçun mühüm hadisə idi. Aidə Qasımova həmçinin ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkərək, yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən söz açıb.

Sonra yarışmaya start verilib. Sualları düzgün cavablandıran tələbələrə sertifikat təqdim edilib.

Photogallery

74614788 2633790753380530 3366071427286433792 O 75513376 2633790923380513 5470109157510086656 O 74674459 2633790846713854 4418117112321540096 O 74680618 2633790990047173 623637076809613312 O

Hadisə