Cümə axşamı 12 Dekabr 2019

Cəmiyyət

Niyazi Bayramov Rustam Soli ilə görüşüb

Sənubər Qocayeva - 08/11/2019

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Tacikistanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb. Niyazi Bayramov qonağı Azərbaycanın qədim şəhəri olan Gəncədə salamlamaqdan məmnun olduğunu bildirib. O, səfirə Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verib.

Niyazi Bayramov  bildirib ki, Gəncə 2016-ci ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı statuslarına sahib olub. Bu il isə Avropanın İdman Şəhəri titulunu dayışır. Bütün bunlar da öz növbəsində şəhərin Avropada tanıdılması və təbliğinə müsbət təsir göstərib. Şəhər rəhbəri Gəncədə 3 universitet və 3 kollecin, həmçinin bir sıra iri sənaye müəssisələrinin olduğunu səfirin diqqətinə çatdırıb. 

Tacikistanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev  səmimi görüşə görə şəhər rəhbərinə öz minnətdarığını bildirib. Səfir Azərbaycan-Tacikistan əlaqələrinin inkişaf etdiyini, Azərbaycanın Tacikistanın ən yaxşı tərəfdaşlarından olduğunu vurğulayıb. O bildirib ki, Gəncəyə gəlişinin əsas məqsədi iqtisadi, sosial və digər sahələrdə əlaqələr yaratmaqdır.  Tacikistan xalqının Məhsəti Gəncəvi və Nizami Gəncəvi yaradıcılığına xüsusi maraq və hörmət  bəslədiyini bildirən Rustam Soliyev, mədəniyyət sahəsində olan əməkdaşlığın da vacibliyini vurğulayıb.

Görüşdə iki ölkə arasındakı dostluq və müxtəlif sahələri əhatə edən əlaqələr barədə müzakirələr aparılıb.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.

Photogallery

G72A9500 G72A9493 G72A9507

Ən çox oxunan

Hadisə