Cümə axşamı 12 Dekabr 2019

Təhsil

UTECA-da Erasmus PLUS 'İnfo day' təşkil edilib

Gülnar Fazilqızı - 07/11/2019

Azərbaycan Texnologiya Universitetində Erasmus+ “İnfo day” keçirilib. UTECA-nın ev sahibliyi etdiyi regional Məlumatlandırma Günündə Bakı Biznes Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universitetinin nümayəndələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov Texnologiya Universitetinin qoşulduğu beynəlxalq proqramlardan danışıb. Bu layihələrdə aktiv iştirakın əhəmiyyətini vurğulayan zaman qeyd edib ki, Avropa universitetləri arasında əlaqələr genişləndikcə elmi tərəqqinin nəticəsi olaraq iqtisadiyyatda yeni inkişaf prosesi yaranır. Rektor təlimlərin, məhsuldar görüşlərin yeni layihələrə zəmin yaradacağını bildirib.

Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov təqdimatla çıxış edərək Azərbaycanda Erasmus+ imkanları barədə danışıb. Azərbaycanın bu proqrama qoşulma tarixindən, bu günə qədər olan inkişaf yolundan, layihələrin seçim prosindən bəhs edib.

Ofisin nümayəndəsi Zəfər Həsənov layihələrin yazılması prosesi barədə çıxış etdikdən sonra auditoriyanın çoxsaylı suallarını cavablandırıb. Suallar əsasən ərizə formalarının doldurulması qaydaları, layihə müraciətlərinin effektivliyi, verilən imkanların dəyərləndirilməsi üsullarını əhatə edib.
Millət vəkili, GDU-nun nümayəndəsi Pərvin Kərimzadə isə region universitetlərinin potensialını qeyd edərək layihə seçimlərində bölgə ali təhsil ocaqlarına diqqət artırılmasının vacibliyini vurğulayıb.

Texnologiya Universitetinin də tərəfdaş olduğu, hazırda icrası davam edən ERASMUS+ EQAC (Azərbaycan Universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsinin koordinatoru Bakı Biznes Universitetinin nümayəndəsi Eşqin Bayramov layihədə üzləşdikləri çətinliklərdən, imkanlardan və görülən işlərdən danışıb.

Photogallery

73321917 2762193857126021 6878733833596829696 O 74489977 2762193760459364 8051779635102351360 O 74570612 2762193770459363 8988310564098801664 O

Ən çox oxunan

Hadisə