Çərşənbə günü 20 Noyabr 2019

Mədəniyyət

Gəncədə “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi keçirilib

Sənubər Qocayeva - 07/11/2019

Sərgi Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Türkiyənin Gəncədəki konsulluğunun birgə təşkilatçılığı ilə baş tutub. Sərgi Urban mərkəzində nümayiş etdirilib.

Tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, şəhər ziyalıları və KİV nümayəndələri iştirak edib. Baş konsul qonaqları salamayaraq bildirib ki, sərgini məqsədi  Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra vətənimizdən mühacir etmiş ziyalılarımızın, dövlət xadimlərimizin fəaliyyətini işıqlandırmaqdır. Zeki Öztürk: “Bununlada biz, Ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” ifadəsinə əsaslanaraq iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirərək, ortaq milli dəyərlərimizə sahib çıxırıq”.

Qeyd edək ki, sərgidə filologiya üzrə fəlsəfə doktoru, professor, cümhuriyyət tarixinin tədqiqatçısı Ədalət Tahirzadənin şəxsi arxivindən 60 ədəd foto nümayiş olunub. Sərgi 15 noyabr tarixinə qədər Urban mərkəzində davam edəcək.

Hadisə