Çərşənbə günü 20 Noyabr 2019

Cəmiyyət

Gəncə Musiqi Kolleci tələbələrinin “Şəhərimizi tanıyaq” adlı ekskursiyası

Sənubər Qocayeva - 07/11/2019

Gəncə Musiqi Kollecinin birinci kurs tələbələrini Gəncə şəhərinin görməli yerləri ilə yaxından tanış etmək,onlara şəhərin tarixi, görkəmli şəxşlər barədə geniş məlumat vermək məqsədilə “Şəhərimizi tanıyaq” adlı ekskursiyaları davam edir.

Kollecin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən ekskursiya çərçivəsində gənclər Gəncədə “Butulkalı ev” kimi tanınan qeyri-adi tikilini, Gəncədə şəhərin sonuncu xanı – Cavad xanın məqbərəsini, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasını ziyarət ediblər.

Tələbələrin şəhərin qədim tarixi, zəngin mədəni irsi, maddi mədəniyyət inciləri, yüksək mədəniyyəti və bölgənin adət-ənənələri barədə ətraflı məlumat alıblar.

Onlar təşkil olunan ekskursiyanı yüksək qiymətləndirərək, bu kimi tədbirlərin davam etdirilməsinin maraqlı və vacib olduğunu qeyd ediblər.

Qeyd edək ki, layihə 1həftə davam edəcək.

Photogallery

75557466 723554421453111 2091241025489076224 N 74594354 723554398119780 8205335328798539776 N 75204550 723554351453118 6334626451458883584 N

Hadisə