Cümə axşamı 12 Dekabr 2019

Təhsil

“Məktəbimizdə” fotorubrikası Gəncə şəhəri 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyə həsr olunub

Surxay Məmmədzadə - 06/11/2019

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Nazirlikdən bildiriblər ki, budəfəki fotorubrika Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyə həsr olunub. Məktəb 1936-cı ildən fəaliyyət göstərir.

Hazırda məktəb-liseydə 3104 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 167 müəllim məşğul olur. Tədrisin keyfiyyətinə nəzarət məqsədilə ümumi təhsil müəssisəsində mütəmadi olaraq “açıq qapı” günləri keçirilir.

Təhsil müəssisəsinin üç müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Məktəbin direktor müavini “Tərəqqi” medalı, üç müəllimi isə “Qabaqcıl maarif işçisi” döş nişanı ilə təltif olunub.

Məktəb-liseyin şagirdlərindən Məsail Quliyev “INEPO-EUROASİA” ətraf mühitin mühafizəsi 5-ci Beynəlxalq Layihə Olimpiadasında 35 dövlətin komandası arasında II yerə layiq görülüb. Şagirdlərdən Nərmin Nərimanzadə də Beynəlxalq Ana Dili Gününə həsr olunmuş VIII ənənəvi “Ana dilimizi sevək, sevdirək” müsabiqəsində uğurlu nəticə əldə edərək II yeri qazanıb.

Məktəb ABŞ Dövlət Departamenti tərəfindən keçirilən “FLEX” layihəsi üzrə müsabiqəyə də qatılıb.

Qərb regionunda ilk olaraq bu ümumi təhsil müəssisəsində “Gimnastika” qrupu yaradılıb ki, həmin komanda Azərbaycan Gimnastika Federasiyasının keçirdiyi bütün yarış və tədbirlərdə nümunəvi çıxışları ilə fərqlənirlər.

“Məktəbimizdə” rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

Photogallery

15729625874518549557 1000x669 15729625875467625618 1000x669 15729625871964010730 1000x669 1572962587597291368 1000x669 1572962587599831494 1000x669 1572962587128972061 1000x669 15729625875676429806 1000x669

Ən çox oxunan

Hadisə