Çərşənbə günü 20 Noyabr 2019

Elm

Gənc alimin monoqrafiyası Ümumdünya kitab sərgisində nümayiş etdirilib

Sənubər Qocayeva - 05/11/2019

Məlum olduğu kimi, Almaniyanın Frankfurt şəhərində 16 oktyabr tarixindən etibarən növbəti Ümumdünya Kitab Sərgisi keçirilir.

Bu il 104 ölkənin təmsil olunduğu mötəbər elmi tədbirdə Azərbaycanın elmi, təhsili, mədəniyyəti və ictimai-siyasi həyatına dair çoxsaylı kitablar uğurla sərgilənmişdir.

Əlamətdar haldır ki, beynəlxalq kitab sərgisinin “Azərbaycan” pavilyonunda şəhərimizin gənc alimi, elm üzrə Prezident mükafatçısı Elnur Həsənovun müəllifi olduğu “Gəncə İmamzadə abidəsi” monoqrafiyası Azərbaycan, ingilis, alman, fransız və rus dillərində nümayiş etdirilmişdir.

Hadisə