Çərşənbə günü 20 Noyabr 2019

Təhsil

Azəralüminiumda kafedra filialının açılışı olub

Sənubər Qocayeva - 31/10/2019

Azəralüminium zavodunda Azərbaycan Texnologiya Universitetinin (UTECA) Kimya və Metallurgiya mühəndisliyi kafedrasının filialının açılışı olub.

Açılış lentini universitetin rektoru, professor Akif Süleymanov və Azəralüminiumun istehsalat üzrə direktor müavini Oqtay Rəfiyev kəsiblər.

Rektor bildirib ki, müvafiq ixtisasın tələbələri bundan sonra həftənin müəyyən günləri zavodda, tədris üçün zəruri inventarlarla təchiz edilmiş kabinetdə təhsil alacaq, bununla da metallurgiya ixtisasının sirlərinə daha yaxından bələd olacaqlar. Belə ki, tədris prossesində nəzəri təlimlərlə paralel uyğun sexlərdə əyani hazırlıqlar aparılacaq. Nəticədə gələcəyin texnoloqları müasir texnologiyalar əsasında işləyən müəssisə təcrübəsinə malik olacaqlar. Həmin 2 və 3-cü kurs tələbələrin gələcəkdə təcrübə müddətinin də Azəralüminiumda keçiriləcəyi nəzərdə tutulub. Akif Süleymanov qeyd edib ki, elm və istehsalatın bu kimi əyani əməkdaşlığı ölkənin metallurgiya sənayesinə töhfə verəcək. Sonda rektor tələbələrə onlar üçün yaradılmış şəraiti lazımınca dəyərləndirməyi tövsiyə edərək zavod şəraitində keçilən ilk dərs günündə uğurlar arzulayıb.

Oqtay Rəfiyev və Gəncə Allüminium Kompleksinin istehsalat üzrə rəhbəri Cəmil Səfərov isə çıxışlarında tələbələrin zavodun işçiləri üçün nəzərdə tutulmuş təlim proqramlarından xüsusilə yararlanacaqlarını, əsasən təcrübə xarakterli olduğu üçün tədrisin daha asan və maraqla mənimsəniləcəyini bildiriblər.

3 minə yaxın tələbəsi olan Azərbaycan Texnologiya Universiteti tədrisin keyfiyyətini yüksəltmək üçün hazırda 32 sənaye müəssisəsilə aktiv əməkdaşlıq edir. UTECA tələbələri xidmət və istehsalat sahələrini əhatə edən bu müəssisələrdə təcrübəyə cəlb edilir. Həmin müəssisələrin bir neçəsinin universitetdə müasir standartlara cavab verən tədris-təlim mərkəzləri də qurulub. Müəssisələrdə UTECA kafedralarının müvafiq filiallarının açılması prossesi isə davamlı olacaq. Məqsəd qeyri-neft sektoru sahəsi üçün yüksək ixtisaslı, müasir texnologiyalarla ayaqlaşan kadrlar yetişdirmək, tələbələrin müəssisələrdə tanıdılması və onların iş əlçatanlığının təmin edilməsidir.

Photogallery

72262913 566073904145955 5352014358782148608 N 73513715 566073780812634 2973594128912220160 N 75446603 566073920812620 7184978573898285056 N 75543626 566074020812610 5373589645957267456 N 73158839 566073774145968 3080184814788149248 N

Hadisə