Çərşənbə günü 20 Noyabr 2019

QHT

'Ahıllar üçün günərzi qaygı mərkəzi' müxtəlif tədbirlər həyata keçirir.

Sənubər Qocayeva - 31/10/2019

Avqust ayından etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə yardımı ilə “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində Gəncə şəhərində “Ahıllar üçün günərzi qaygı mərkəzi” fəaliyyətə başlayıb.

Mərkin fəaliyyətindən 30 ahıl qadın və kişi yararalanır. Bu dəfə ahıllar üçün Mingəçevir turu təşkil olunub. Əvvəl Kur sahili gəzintisi, sonra isə Mingəçevir Tarix muzeyinə ekskursiya təşkil olunub. Məngəçevir turu ahıllar tərəfindən çox böyük maraqla qarşılanıb. Onlar Mingəçevirin tarixi ilə  bağlı geniş məlumatlar toplayıb, bugünədək tarixini əks etdirən Azərbaycanın qədim dövrlərinə aid müxtəlif maddi mənbələr, eksponatlar, bəzək əşyaları, əmək alətləri və digər zəngin kolleksiyalar ilə tanış olublar. Mingəçevir su elektrik stansiyasının tikilmə tarixi, stansiyanın iş strukturu və  tikinti zamanı tapılan  qədim eksponatlar haqqında maraqlı məlumatlar əldə ediblər.

Xeyriyyəçi gənclər təşəbbüs qrupunun  bir neçə nümatəndəsi ahılları ziyarət ediblər. Onlarla müxtəlif mövzularda müzakirələr aparmış, öz fəaliyyətləri haqqında məlumatlar təqdim ediblər.

Layihə rəhbəri Südabə Məmmədova qeyd edib ki, Mərkəzdə ahıllar üçün  təşkil olunan belə sosial yonümlü  tədbirlər onların asudə vaxtlarının səmərəli təşkil olunmasına¸ sosial motivə edilməsinə, ünsiyyətqurma bacarıqlarının artırılmasına müsbət təsir göstərir, həyata maraqlarını  artırır.

Layihənin icrası davam edir.

Photogallery

0c2b530a D13b 4d29 Ae84 B9e62022e425 4c572bd6 A842 4290 967d C3089727b642

Hadisə