Çərşənbə günü 20 Noyabr 2019

İdman

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Sənubər Qocayeva - 31/10/2019

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

İkinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Əsgər Məmmədəliyev debütdə Ukrayna idmançısına məğlub olub.

Murad Süleymanov təsnifat mərhələsində belaruslu rəqibinə qalib gəlib. Həmyerlimiz daha sonra moldovalı idmançını məyus edib. Ancaq Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda gürcü rəqibiylə bacarmayıb.

Hacımurad Məhəmmədsəidov mundiala inamlı start verib. Alman güləşçini vaxtından əvvəl üstələyən təmsilçimiz 1/4 finala vəsiqə qazanıb. Moldova təmsilçisinə də tam üstünlüklə qalib gələn yığmamızın üzvü adını yarımfinala yazdırıb. Yaponiya pəhləvanından da güclü olan Məhəmmədsəidov finalda iştirak hüququ qazanıb. Oktyabrın 30-da həlledici görüşdə İran təmsilçisiylə üz-üzə gələn Hacımurad məğlub olaraq gümüş medalı boynundan asıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Şamil Zubairov ilk görüşdə bolqar həmkarına şans tanımayıb. Zubairov 1/4 İsveçrə idmançısına da rahat qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ABŞ güləşçisinə məğlub olaraq ümidini bürünc medala bağlayıb. Oktyabrın 31-də İran pəhləvanıyla qarşılaşmadan məğlub ayrılan Şamil 5-ci yerlə kifayətlənib.

61 kq

Təsnifat - Əsgər Məmmədəliyev – Valenin Bliasetski (UKR) 6:8

74 kq

Təsnifat - Murad Süleymanov – Yaqor Akuliç (BLR) 8:4

1/8 final - Murad Süleymanov - Valentin Borzin (MDA) 11:9

1/4 final - Murad Süleymanov - Georgi Sulava (GEO) 0:10

86 kq

1/8 final - Hacımurad Məhəmmədsəidov – Yohannes Martin Deml (GER) 10:0

1/4 final - Hacımurad Məhəmmədsəidov - İvan Nedealko (MDA) 10:0

1/2 final - Hacımurad Məhəmmədsəidov - Hayato İşiquro (JPN) 5:3

FİNAL - Hacımurad Məhəmmədsəidov - Kamran Qurban Qasımpur (İRİ) 3:9

92 kq

1/8 final - Şamil Zubairov – Bojidar Mateyev Todorov (BUL) 11:2

1/4 final - Şamil Zubairov - Samuel Şerrer (SUİ) 12:3

1/2 final - Şamil Zubairov - Bo Din Nikal (USA) 1:9

Bürünc medal görüşü - Şamil Zubairov - Hüseyn Lotfali Şahbaziqazvar (İRİ) 1:5

Photogallery

Cdf0c3ea 87c3 4bcc A3e2 C25d299de6c4 C34481c8 D459 48d0 873a 3e3a37f3ec7a

Hadisə