Çərşənbə günü 20 Noyabr 2019

Siyasət

Pərvin Kərimzadə beynəlxalq tədbirdə bələdiyyə seçkiləri ilə bağlı fikirlərini bildirib

Sənubər Qocayeva - 28/10/2019

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolu” mövzusunda seminar keçirilib.

Tədbiri MDB PAA DİMBİ-nin Bakı filialının direktoru Elman İmaməliyev açaraq son illər bələdiyyələrin cəmiyyətdəki rolunun və əhəmiyyətinin nəzərəçarpacaq dərəcədə artdığını və onların müasir dünyamızda mütərəqqi proseslərin aparıcı bir qüvvəsinə çevrildiyini söyləyib. O deyib ki, bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da bələdiyyələr cəmiyyətin aparıcı qüvvəsi olaraq hüquqi dövlət quruculuğu, sosial problemlərin həlli, vətəndaş cəmiyyətinin inkişafı və digər istiqamətlərdə fəaliyyət göstərirlər. Bu baxımdan, cəmiyyətin ictimai-sоsial həyatında bələdiyyələrin rоlu artdıqca оnların fəaliyyətinə diqqət də artır, gördüyü işlər, qarşılaşdığı prоblеmlər gеniş müzakirə edilir və həmişə maraq dairəsində olur. Buna görə də belə mövzularla bağlı mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycanda bələdiyyələrin fəaliyyətindən danışıb. O deyib ki, Azərbaycanda bələdiyyələrin fiziki şəxslərdən əmlak, hüquqi şəxslərdən torpaq vergisi toplamaq hüququ var. Bələdiyyələrin əmlak və torpaq vergisi toplaması ilə bağlı problemlərlə üzləşdiyini, əhalinin əksəriyyətinin bu vergiləri vermədiyini qeyd edən komitə sədri bu il ilk dəfə dövlət büdcəsindən bələdiyyələrə subvensiya ayrılacağını nəzərə çatdırıb. O əlavə edib ki, subsidiyadan fərqli olaraq subvensiya məqsədli layihələr üçün nəzərdə tutulmuş xərclərdir. Arif Rəhimzadə Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi ilə əlaqədar yüz minlərlə insanın bələdiyyələrini formalaşdırmaq hüququndan istifadə edə bilmədiyini söyləyib.

Bələdiyyələrin vətəndaş cəmiyyətindəki rolundan danışan komitə sədri bu ilin dekabrında bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladıb. Bir sıra kiçik bələdiyyələrin birləşdirildiyini, hazırda 1606 bələdiyyənin olduğunu nəzərə çatdıran A.Rəhimzadə bələdiyyə seçkilərində seçici fəallığının yüksək olacağına ümid etdiyini vurğulayıb.

Milli Məclisin deputatları Tahir Rzayev, Azər Badamov, Kamran Bayramov və Pərvin Kərimzadə bələdiyyələrin fəaliyyəti və qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı fikirlərini bildiriblər.

MDB Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun direktoru vəzifəsini icra edən Yekaterina Qoloulina MDB ölkələrində bələdiyyələrin fəaliyyətindən, bununla bağlı qanunvericilikdən danışıb.

Photogallery

73333402 441552423162068 4185907682533703680 N 74222802 2341269112869249 427177232511795200 N

Hadisə