Çərşənbə günü 20 Noyabr 2019

Elm

Gənc alim respublika konfransında həmsədr seçilib

Sənubər Qocayeva - 25/10/2019

Paytaxtda Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə ümumrespublika elmi konfransı keçirilib. Azərbaycan Universitetində “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda təşkil edilən konfransda ölkəmizin müxtəlif universitetlərini və elmi-tədqiqat müəssisələrini təmsil edən 100-dən artıq alim iştirak edib.

Respublika konfransında Gəncəni elm üzrə Prezident mükafatçısı Elnur Həsənov təmsil edib.  O,“Gəncə şəhərinin yerdəyişmələri tarixinin arxeoloji və etnoqrafik əsaslarla tədqiqinin innovativ əsasları” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin rəsmi açılış mərasimində təbrik çıxışı edən gənc alim E. Həsənov konfransın Elmi-təşkilati komitəsinin qərarı ilə “Tarix və ictimai elmlər” bölməsinin həmsədri (moderatoru) seçilib. 

Konfransın sonunda məruzəçilərə sertifikatlar təqdim edilib.

Photogallery

73210821 446784475968720 1820401964056313856 N 74421101 973227489716059 151214541382877184 N

Hadisə