Çərşənbə günü 20 Noyabr 2019

QHT

“Təmas” Regional İnkişaf İctimai Birliyi yeni layihəsinin icrasına başlayıb

Gülnar Fazilqızı - 24/10/2019

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

“Təmas” Regional İnkişaf İctimai Birliyi oktyabr ayından etibarən  Gəncə şəhərində “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının) potensialının artırılması” layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi  Azərbaycanın qərb bölgəsində  insan alveri və insan alverinin potensial qurbanlarına  potensial qurbanlara mütəmadi yardımların təmin olunması, onların ehtiyaclarının ödənilməsi,müvəqqəti sığınacaqla təmin olunması,  təhlükəsiz mühitin yaradılması, bunlarla  yanaşı sığınacağın potensialının gücləndirilməsidir. Layihə rəhbəri Kubra Ələkbərova qeyd etdi ki, layihə 3 aylıq bir dövrü əhatə edir. Layihənin həyata keçirilməsi dövründə aşagıdakı istiqamətlərdə fəaliyyətlər həyata keçiriləcəkdir:

1. Mərkəzə müraciət edən insanların ilkin ehtiyacları ödəniləcək, ehtiyac olarsa təhlükəsiz sığınacaqla təmin olunacaq,  onlara psixoloji və hquqi yardımlar göstəriləcək, Sosial Reabilitasiya-Reinteqrasiya prosesinə cəlb olunacaqlar

2. İnsan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının artırılması zəruridir. Bu məqsədlə  Mərkəzə  cəlb olunmuş pedaqoq tərəfindən 15 uşaq üçün əlavə məşgələlər təşkil olunacaq, uşaqlara ev tapşırıqlarının yerinə yetirilməsinə köməklik göstəriləcəkdir. Uşaqlar lazımı məktəb avadanlıqları ilə təmin olunacaqlar.

3. Layihə çərçivəsində 1000 buklet çap olunacaq. İnsan alverinin və məcburi əməyin qarşısının alınması məqsədilə Gəncə Beynəlxalq Hava Limanı, Gəncə Beynəlxaıq Avtovağzalı  və “Qırmızı Körpü” sərhəd və gömrük keçid məntəqələrində   bukletlər paylanacaqdır.

4. Şəmkir və  Samux rayonlarının aidiyyatı qurumları və hüquq mühaziə orqanları nümayəndələri üçün məluçatlandırma sessiyalarının təşkil olunacaqdır. Ətraf rayonların dövlət  və hüquq mühafizə orqanları ilə strateji  tərəfdaşlığın gücləndirilməsi ilə yanaşı Mərkəz-Sığınacaq və göstərilən xidmətlər haqqında geniş məlumat veriləcəkdir. Bu isə Mərkəz-Sığınacaqdan daha çox insanın bəhrələnməsinə şərait yarada biləcəkdir.

 

Hadisə