Çərşənbə günü 20 Noyabr 2019

QHT

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin laqyihəsi yekunlaşıb

Surxay Məmmədzadə - 24/10/2019

Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq üçün cəmiyyətin maarifləndirilməsi” adlı 4 aylıq layihənin yekun tədbiri Şəmkir rayonunda Gənclər Mərkəzində keçirilib.

Təşkilatın sədri Lamiyə İsazadə çıxışında məişət zorakılığının Azərbaycanda geniş yayılmış gender problemi olduğundan danışıb.. O qeyd edib  ki, ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. QHT sədri onu da qeyd etdi ki, uşaqlıqda psixoloji, fiziki zorakılığa məruz qalan uşaqlar, böyüyəndə bunu özləri də bilmədən şüuraltı öz qurduğu ailədə tətbiq edirlər. Uşaqlara qarşı zorakılıq onların özügüvənini sarsıdır, gələcək həyatında böyük problemlərə səbəb olur.

Tədbirdə çıxış edən Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyinin sədri Fuad Bədəlov, Kəlbəcər rayon 74 saylı ümumi orta məktəbin direktoru Elməddin Əsədov ,Şəmkir Gənclər Mərkəzinin direktoru Kənan İbrahimov da çıxış edərək məişət zorakılığının fəsadları haqqında tədbir iştirakçılarını geniş maarifləndiriblər. Tədbirdə həmçinin təhsil işçiləri də çıxış edərək bu mövzu haqqında geniş müzakirələr aparılıb.

Photogallery

F79A7341 G F79A7356

Hadisə