Çərşənbə günü 20 Noyabr 2019

QHT

Gəncədə region gənclərin peşə və ixtisas seçiminə dəstək məqdsədi ilə tədbir keçirilib

Sənubər Qocayeva - 23/10/2019

Gəncədə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi Dostluq gənclərin əlaqələndirmə mərkəzi ictimai birliyinin təşkilatçılığı ilə “Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı layihənin təlimləri keçirilib. Təlim Azərbaycan Dövlət Aqrar Universitetində baş tutub.

Dostluq gənclərin əlaqələndirmə mərkəzinin sədri Cavidan Ağazadə tədbirdə çıxış edərək qeyd edib ki, davamlı insan inkişafı baxımından peşə seçiminin əhəmiyəti təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Ölkələr arası rəqabət güclənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Bu günki reallıqları nəzərə alaraq, demək olar ki, bundan sonra innovativ, inklüziv, bilik üzərində qurulan strategiyalar uğur əldə edə biləcək. Mərkəz rəhbəri Cavidan Ağazadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “qara qızılın” “insan qızılına” çevrilməsi konsepsiyası məhz problemin əhəmiyyətini aydın şəkildə izah edir. "Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası məhz bu istiqamətdədir. Bu hədəflərə çatmaq və töhfə vemək vətəndaş cəmiyyətinin təmsilçisi olaraq bizi də düşündürür və problemin həllinə töhvə verməyə təşviq edir"- deyə Cavidan Ağazadə əlavə edib. 

Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru, Anar Hətəmov, Gəncə Şəhər Gənclər və İdman baş Idarəsinin rəisi Müşfiq Cəfərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Dövlət İdarəçilik Akademiyası “Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi” kafedrası”nın dosenti Miraqil Seyidzadə, Dövlət İdarəçilik Akademiyası “İctimai əlaqələr, elektron tədris və informasiya kommunikasiya texnologiyaları şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Yusif Ağayev, Dostluq gənclərin əlaqələndirmə mərkəzinin şöbə müdiri Murad Həsənxanlı, AQRO Konsultasiya Mərkəzinin MMC-nin icraçı direktoru Rayaxanım Ağazadə iştirak ediblər.

Qonaqlar çıxış edərək cəmiyyət həyatı üçün region gənclərinin doğru peşə və ixtisas seçimlərinin əhəmiyyəti vurğulayıblar.  Natiqlər peşə təhsilinin əhəmiyyəti və inkişafı konsepsiyasının tədrisi layihəsi çərçivəsində peşə təhsilinin əhəmiyyəti konsepsiyası və prinsiplərinə təşviq edilməsini olduqca vacib hesab ediblər. Qeyd edilib ki, hər bir gənc öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyin işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatıdır. Eyni zamanda cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından zəruridir.

Layihənin məqsədi cəmiyyətin tələblərinə uyğun olaraq gənclərin səriştə əsaslı peşə və  ixtisas seçmələrinə dəstk olmaq, əmək bazarının tələbinə uyğun peşələr və ixtisaslar üzrə peşə və ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsinə diqqəti artırmaq, bu sahənin inkişafına tövfə verməkdir.

“Gənclik gələcəkdir! Uğurun üçün çalış gənclərin peşə və ixtisas seçiminə dəstək adlı təlim zamanı gənclərin sualları cavablandırılıb.  

Sonda gənclərə sertifikatlar təqdim edilib. 

Photogallery

G72A9948 G72A9955 G72A9969 G72A9953

Hadisə