Çərşənbə axşamı 12 Noyabr 2019

Mədəniyyət

AYB-nin Gəncə bölməsində “Nəsimi günü” adlı tədbir keçirilib

Sənubər Qocayeva - 22/10/2019

AYB-nin Gəncə bölməsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Nəsimi günü” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AYB-nin Gəncə bölməsinin sədri, şair-dramaturq, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova tədbirin əhəmiyyətindən danışıb.

İmadəddin Nəsimi dühasının 650 ildir bəşəriyyəti heyran etdiyini söyləyən X.Hüseynova şairin həyatı və yaradıcılığı haqqında məlumat verib.

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi mütəfəkkirin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Gəncəbasar yazarlarının da qoşulacağını vurğulayıb.

Yazıçı, Əməkdar jurnalist Qərib Mehdi, yazıçı-publisist Nüşabə Əsəd Məmmədli çıxışlarında Nəsimi təfəkküründən doğulan əsərlərin mahiyyətinin hələlik tam açılmadığını bildirib, Nəsiminin hər misrası üzərində düşünməyin lazım olduğunu diqqətə çatdırıblar.

Məktəblilər Nəsiminin şerlərini rus, ingilis və ərəb dillərində söyləyiblər. Tədbirə qatılmış şairlər Nəsimiyə həsr etdikləri şeirlərini oxuyublar.

Sonda iştirakçılar Nəsimi dünyasına həsr edilmiş sərgiyə baxıblar.

Photogallery

15716634353970948693 1000x669 15716634355877161423 1000x669 15716634352694037685 1000x669

Hadisə