Çərşənbə axşamı 12 Noyabr 2019

Cəmiyyət

YAP Gəncə şəhər təşkilatında 'Vikipediya' Metodik Mərkəzi yaradılıb

Sənubər Qocayeva - 22/10/2019

Bu gün internet adlanan qlobal şəbəkədə mövcud olan axtarış sistemləri hər birimizin köməyinə gəlir. “Google”da məlumat axtararkən ilk növbədə Vikipediya (ing. Wikipedia) səhifəsinə baxırıq. Qısa zaman ərzində lazım olan informasiyaları əldə edə bilirik. Bəzən isə istədiyimiz məlumatın Azərbaycan dilində olmadığını görəndə təəssüf hissi keçiririk.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə YAP Gəncə şəhər təşkilatında yaradılan “Vikipediya” Metodik Mərkəzi”nin açılış mərasimində səsləndirilib.

Tədbirdə iştirak edən YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Mərkəzin yaradılmasında məqsədin Azərbaycanın incəsənəti, mədəniyyəti, tarixi şəxsiyyətləri, şəhərləri, rayonları, kəndləri və s. haqqında məlumatları zənginləşdirmək və fəal gəncləri bu işə cəlb etmək olduğunu qeyd edib.

Millət vəkili Vikipediyada qədim Gəncə ilə bağlı xəbərlərdə boşluq olduğunu diqqətə çatdırıb. Gənclərə virtual ensiklopediya adlandırlan Vikipediyanın yaratdığı imkanlardan yararlanmağı tövsiyə edən Naqif Həmzəyev Gəncə ilə bağlı Vikipediyada yerləşdirilən ilk 50 və 100 məqalənin müəllifləri təşkilat tərəfindən mükafata layiq görüləcəyini də bildirib.

Daha sonra “Vikipediya virtual ensiklopediya” adlı təlimə start verilib. Təlimçi Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, Azərbaycanca “Vikipediya”nın idarəçisi Rüfət Rəhimov vikipediyadan istifadə qaydaları, qeydiyyatdan keçmə, məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi ilə bağlı ətraflı məlumat verib. Vikipediyada məqalələrin yazılmasının olduqca asan olduğunu bildirən Rüfət Rəhimov eyni zamanda gənclərə vikipediyanın 5 əsas prinsipini, mənfi təsirləri və onun qarşısının alınması yollarını da izah edib.

Photogallery

74889372 3099558396781241 776618095291662336 N 74228875 399648497650041 1720531166831837184 N

Hadisə