Çərşənbə axşamı 12 Noyabr 2019

Cəmiyyət

'Məktəbimizdə' fotorubrikasında 34 nömrəli tam orta məktəbdən çəkilib.

Sənubər Göyüşqızı - 22/10/2019

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir.

Budəfəki görüntülər Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdən çəkilib. Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Cari ildə tədris binası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edildikdən sonra şagird və müəllimlərin istifadəsinə verilib.

Təhsil müəssisəsində oxuyan 710 şagirdin təlim-tərbiyəsi ilə 82 müəllim məşğul olur. Son 5 ildə məktəbin məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricisi 50-60 faiz olub.

“Məktəbimizdə” rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

Photogallery

15716671881983744156 1000x669 15716671881166853128 1000x669 15716671881983849952 1000x669 15716671881051539911 1000x669 1571667188471279450 1000x669 15716671882412653176 1000x669

Hadisə