Çərşənbə günü 20 Noyabr 2019

Mədəniyyət

Müstəqillik Günü münasibətilə konsert olub

Sənubər Qocayeva - 21/10/2019

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert olub.

konsertdə bir çox tanınınmış şəxslər, ziyalılar, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Konsert “Natiq” ritm qrupu və “Mirvari” rəqs qrupunun birgə təqdimatında “Qarabağ” kompozisiyası ilə başlayıb.

Sonra Azərbaycanın estrada ulduzları Murad Arif, Röya və Miri Yusif çıxış edib, məşhur mahnılarını səsləndiriblər.

Musiqili gecədə, həmçinin Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Elman, Ellai, BahhTee konsertdə xüsusi qonaq qismində iştirak edərək, populyar kompozisiyalarını ifa ediblər.

Sonra müğənni-bəstəkar, Azərbaycanın Xalq artisti EMİN çıxış edib. O, repertuarından bir sıra məşhur mahnılarını ifa edib. EMİN Azərbaycana həsr olunan mahnısını isə konsertdə iştirak edən digər sənətçilər və tamaşaçılarla birlikdə oxuyub.

Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan bayram konsertində Azərbaycan bayrağı dalğalandıran minlərlə insan iştirak edib.

Photogallery

15716039784190840580 1000x669 15716039786308317872 1000x669 157160397934787287 1000x669 15716039804746333277 1000x669 15716039783058024841 1000x669 1571603979535649950 1000x669 15716039806418127869 1000x669

Hadisə